...

Azərbaycan Turizm İnstitutu Türkiyə universiteti ilə əməkdaşlıq edəcək (FOTO)

Cəmiyyət Materials 25 İyun 2012 12:55 (UTC +04:00)
Türkiyənin Hitit Universiteti Azərbaycan Turizm İnstitutu ilə əməkdaşlıq edəcək.
Azərbaycan Turizm İnstitutu Türkiyə universiteti ilə əməkdaşlıq edəcək (FOTO)

Azərbaycan, Bakı, 25 iyun /Trend, müxbir İ.İsabalayeva/

Türkiyənin Hitit Universiteti Azərbaycan Turizm İnstitutu ilə əməkdaşlıq edəcək.

İnstitutun mətbuat xidmətindən bazar ertəsi Trend-ə verilən məlumata görə, bununla bağlı razılıq Hitit Universitetinin rektoru Reha Metin Alkanın Azərbaycan Turizm İnstitutunun rektoru Cəfər Cəfərovla görüşündə əldə edilib.

Görüşdə çıxış edən Cəfər Cəfərov ATİ-nin üçüncü məzun ili ərəfəsində olduğunu, beynəlxalq təşkilatlar və nüfuzlu ali təhsil ocaqları ilə faydalı əməkdaşlıq etdiyini bildirib.

Qonaq isə deyib ki, 2006-cı ildən müstəqil ali təhsil ocağı kimi fəaliyyət göstərən Hitit Universiteti altı il əvvələ kimi Çorum Qazi Universitetində 6 fakültə, 4 magistratura pilləsi, 7 min nəfər tələbə ilə təmsil olunub. Az bir müddətdə Türkiyənin nüfuzlu ali təhsil ocağı imicini qazanıb. Bir sıra beynəlxalq, o cümlədən Leonardo da Vinci, Erasmus Mundus proqramlarının fəal iştirakçısıdır. 2007-ci ildən 2011-ci ilə kimi olan dövrdə Hitit Universitetinin 66 tələbəsi qeyd edilən proqram çərçivəsində Avropanın nüfuzlu universitetlərində təhsil almaq şansı qazanıb. Azərbaycana səfərdə məqsəd qardaş ölkənin ali təhsil ocaqları ilə yaxından tanışlıq, universitetlərarası memorandum və sazişlərə imza atmaqdır.

Hitit Universitetinin rektoru qeyd edib ki, Bakıda olduqları müddətdə Azərbaycanın tanınmış ali təhsil ocaqları ilə ikitərəfli sənədlər imzalayıblar, Azərbaycan Turizm İnstitutu ilə də davamlı ikitərəfli əməkdaşlıqda maraqlıdırlar. ATİ-nin rektoru Cəfərov bu faydalı təklifə razılığını bildirib.

Xəbər lenti

Xəbər lenti