...

Qarabağ müharibəsi əlili bir qrup həkimi məhkəməyə verib

Cəmiyyət Materials 16 İyul 2012 12:17 (UTC +04:00)
Azərbaycanda Qarabağ müharibəsi əlili bir qrup həkimi məhkəməyə verib.
Qarabağ müharibəsi əlili bir qrup həkimi məhkəməyə verib

Azərbaycan, Bakı, 16 iyul / Trend müxbir K.Zərbalıyeva/

Azərbaycanda Qarabağ müharibəsi əlili bir qrup həkimi məhkəməyə verib.

Bakı Apelyasiya Məhkəməsindən Trend-ə verilən məlumata görə, Qarabağ müharibəsi iştirakçısı Əbülfəz Səfərov 3 saylı Kliniki Xəstəxananın baş həkimi Xəlil Məmmədov, qəbul şöbəsinin müdüri Əkbər Murtuzayev, uroloq Müslüm Sadıqov, akademik M.C.Cavadzadə adına Respublika Kliniki Uroloji Xəstəxanasının şöbə müdiri Tahir Məmmədov, ultra səs müayinəsi həkimi Tələt Hacıyev, qəbul şöbəsinin həkimi Cəbrayıl Zeynalov və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Respublika Əlillərin Bərpa Mərkəzinin baş həkimi Səadət Mahmudovaya qarşı maddi və mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki iddia qaldırıb. Mülki iddiaya Sabunçu rayon məhkəməsi tərəfindən baxılıb və Səfərovun iddiası təmin olunmayıb.

O, məhkəmənin qərarından Bakı Apelyasiya Məhkəməsinə şikayət verib. İyulun 26-da iş üzrə məhkəmə iclası keçiriləcək.

Xəbər lenti

Xəbər lenti