...

Tikinti şirkətinin dələduz rəhbərinin məhkəməsi başlayıb

Cəmiyyət Materials 24 Avqust 2012 15:01 (UTC +04:00)
Trend-in məlumatına görə, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində "IN Eksklüziv Servis" tikinti şirkətinin rəhbəri Ələkbər Zeynalovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
Tikinti şirkətinin dələduz rəhbərinin məhkəməsi başlayıb

Azərbaycan, Bakı, 24 avqust /Trend müxbir K.Zərbalıyeva/

Dələduzluqda ittiham olunan tikinti şirkətinin rəhbəri özünü təqsirli bilmir.

Trend-in məlumatına görə, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində "IN Eksklüziv Servis" tikinti şirkətinin rəhbəri Ələkbər Zeynalovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Prosesdə prokuror ittiham aktını elan edib.

İttiham aktına görə, o, mənzil almaq adı ilə küllü miqdarda vəsait mənimsəyib. Şirkət 2006-cı ildən bəri payçıları aldadaraq onların pulunu mənimsəyib, mənzilləri isə sahiblərinə təhvil verməyib. Belə ki, bir mənzil bir neçə vətəndaşa satılaraq əldə olunan pullar mənimsənilib.

Zeynalovun zərərçəkənlərə məxsus 1,5 milyon manat dəyərində əmlakı mənimsədiyi müəyyən olunub.

Prosesdə ifadə verən Zeynalov özünü təqsirli bilməyib. İclasda ifadə verən zərərçəkənlər Zeynalov tərəfindən aldadıldıqlarını bildiriblər.

Məhkəmə prosesi avqustun 27-də davam etdiriləcək.

Xəbər lenti

Xəbər lenti