...

Azərbaycanın Əqli Mülkiyyət Hüquqlarının Təminatı Mərkəzi ÜƏMT-nin Əqli Mülkiyyət Akademiyalarının Qlobal Şəbəkəsinə üzv qəbul edilib

Cəmiyyət Materials 6 Sentyabr 2012 19:38 (UTC +04:00)
Azərbaycanın Cenevrə şəhərində BMT bölməsi və digər beynəlxalq təşkilatlar yanında Daimi nümayəndəliyinin təşəbbüsü ilə Azərbaycanın Müəllif Hüquqları Agentliyinin Əqli Mülkiyyət Hüquqlarının Təminatı Mərkəzi Ümumdünya Əqli Mülkiyyət Təşkilatının (ÜƏMT) Əqli Mülkiyyət Akademiyalarının Qlobal Şəbəkəsinə üzv qəbul edilib.
Azərbaycanın Əqli Mülkiyyət Hüquqlarının Təminatı Mərkəzi ÜƏMT-nin Əqli Mülkiyyət Akademiyalarının Qlobal Şəbəkəsinə üzv qəbul edilib

Azərbaycan, Bakı, 6 sentyabr /Trend/

Azərbaycanın Cenevrə şəhərində BMT bölməsi və digər beynəlxalq təşkilatlar yanında Daimi nümayəndəliyinin təşəbbüsü ilə Azərbaycanın Müəllif Hüquqları Agentliyinin Əqli Mülkiyyət Hüquqlarının Təminatı Mərkəzi Ümumdünya Əqli Mülkiyyət Təşkilatının (ÜƏMT) Əqli Mülkiyyət Akademiyalarının Qlobal Şəbəkəsinə üzv qəbul edilib.

Daimi nümayəndəlikdən cümə axşamı Trend-ə verilən məlumata görə, ÜƏMT tərəfindən 2007-ci ilin mart ayında Rio de Janeyro şəhərində əqli mülkiyyət akademiyaları üzrə ilk simpozium keçirilmiş və sözügedən toplantı çərçivəsində əqli mülkiyyət akademiyaları və təlim mərkəzləri arasında əməkdaşlığın gücləndirilməsi və təcrübələrin bölüşdürülməsi məqsədilə Əqli Mülkiyyət Akademiyalarının Qlobal Şəbəkəsinin yaradılması barədə razılığa gəlinmişdi.

Hazırda Avstraliya, Braziliya, Bolqarıstan, Çin, Xorvatiya, Kuba, İndoneziya, Yaponiya, Meksika, Nigeriya, Pakistan, Filippin, Portuqaliya, Cənubi Koreya, Makedoniya, Rusiya, Sinqapur, İsveçrə, Ukrayna və ABŞ-ın müvafiq əqli mülkiyyət akademiyaları və təlim mərkəzləri adıçəkilən şəbəkənin üzvləridir.

Eyni zamanda, Daimi nümayəndəliyin təşəbbüsü ilə Azərbaycan Dövlət İqtisad Universitetində bir müddət bundan əvvəl Ümumdünya Əqli Mülkiyyət Təşkilatının Depozitariya Kitabxanası yaradılıb.

Bununla yanaşı, Azərbaycanın gənc kadrları 2009-cu ildən etibarən ÜƏMT-nin Katibliyində staj keçirlər. Həmçinin, hər il Azərbaycanın müvafiq dövlət qurumlarının nümayəndələri Cenevrə şəhərində yerləşən müvafiq beynəlxalq təşkilatlar tərəfindən əqli mülkiyyət üzrə təşkil olunan magistratura proqramlarında, o cümlədən təlim və kurslarda iştirak edirlər.

Xəbər lenti

Xəbər lenti