...

Azərbaycanda orta məktəb dərsliklərinin monitorinqinə başlanmasının tarixi açıqlanlb

Cəmiyyət Materials 7 Sentyabr 2012 12:02 (UTC +04:00)
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası Azərbaycanda orta məktəb dərsliklərinin monitorinqinə başlayacağı tarixi açıqlayıb.
Azərbaycanda orta məktəb dərsliklərinin monitorinqinə başlanmasının tarixi açıqlanlb

Azərbaycan, Bakı, 7 sentyabr /Trend, müxbir İ.İsabalayeva/

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası Azərbaycanda orta məktəb dərsliklərinin monitorinqinə başlayacağı tarixi açıqlayıb.

Trend-in xəbərinə görə, TQDK sədri Məleykə Abbaszadə cümə günü keçirdiyi mətbuat konfransında deyib ki, monitorinqə sentyabrın 15-dən başlayacaqlar. Bu işi aparmaq üçün artıq TQDK-da əlaqədar şöbə formalaşıb, bu şöbəyə işçilərin qəbulu üçün müsabiqə elan edilib. Yaxın günlərdə şöbəyə müdir təyin olunacaq. Şöbəyə işçilərin qəbulu üçün imtahan keçirilənə qədər mütəxəssislər müqavilə əsasında işə cəlb olunacaqlar.

"Yeni dərs ili başlayan kimi bu şöbənin də fəaliyyəti başlayacaq. Elə o zamandan da dərsliklərin monitorinqinə start veriləcək. Artıq biz məktublarla müraciət edərək, bu il buraxılan bütün dərsliklərin TQDK-ya təhvil verilməsini xahiş etmişik. Onların üzərində ekspertlər işə başlayacaqlar", - Abbaszadə əlavə edib.

Xəbər lenti

Xəbər lenti