...

Bakıda müasirləşən yollar (VİDEO)

Cəmiyyət Materials 10 Sentyabr 2012 10:43 (UTC +04:00)
2012-ci ilin 6 ayı ərzində Bakı şəhərinin avtomobil yolları, prospekt və küçələri üzrə 60 km-ə yaxın təmir işləri həyata keçirilib, ümumi istifadədə olan avtomobil yollarının 225.2 km-i tikilib və ya təmir olunub. Bu barədə bazar ertəsi Trend-ə "Azəryolservis" ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev məlumat verib
Bakıda müasirləşən yollar (VİDEO)

Azərbaycan, Bakı, 10 sentyabr /Trend, müxbir E.İsmayılov/

2012-ci ilin 6 ayı ərzində Bakı şəhərinin avtomobil yolları, prospekt və küçələri üzrə 60 km-ə yaxın təmir işləri həyata keçirilib, ümumi istifadədə olan avtomobil yollarının 225.2 km-i tikilib və ya təmir olunub. Bu barədə bazar ertəsi Trend-ə "Azəryolservis" ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev məlumat verib.

Mürsəliyev bildirib ki, bununla yanaşı, Qazax rayonunda Qazaxbəyli-Aşagı Salahlı avtomobil yolu , Bakı-Ələt yolunun 2-4 kilometrlik hissəsi, Mikayıl Hüseynov küçəsində yeraltı piyada keçidi, Heydər Əliyev və Ziya Bünyadov prospektlərinin kəsişməsində müxtəlif səviyyəli yol qovşagı, Bilgəh-Novxanı-Sumqayıt avtomobil yolunun yenidənqurulması layihəsi çərçivəsində Kardiologiya Mərkəzinin qarşısında tunel, Bakı-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 89-cu km-də yol ötürücüsü, 157-ci km-də Qaraçay, Balakən rayonu ərazisində Mazımçay, Gədəbəy-Qızıl Torpaq-Qonaqlı yolunda Fındıqlıçay üzərindəki körpülər istismara verilib.

Qeyd edək ki, ölkənin ümumi istifadədə olan 18986 kilometr avtomobil yolunun 17513 kilometrinə Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən "Azəryolservis" ASC tərəfindən xidmət göstərilir. Onun 4366 kilometri respublika əhəmiyyətli, 13147 kilometri yerli əhəmiyyətlidir. Bakı şəhəri ərazisində olan yollar, prospektlər və küçələrin ümumi uzunluğu isə 1525km təşkil edir.

Video Player

Xəbər lenti

Xəbər lenti