...

İslam Konfransı Gənclər Forumu Məhəmməd Peyğəmbər haqqında çəkilmiş filmi pisləyir

Cəmiyyət Materials 14 Sentyabr 2012 18:41 (UTC +04:00)
Dialoq və Əməkdaşlıq Uğrunda İslam Konfransı Gənclər Forumu (İKGF) bu yaxınlarda ABŞ-da Məhəmməd Peyğəmbər haqqında çəkilmiş, müsəlmanların dini hisslərinə və qüruruna toxunan filmin yayımlanmasına qarşı bəyanatla çıxış edib.
İslam Konfransı Gənclər Forumu Məhəmməd Peyğəmbər haqqında çəkilmiş filmi pisləyir

Azərbaycan, Bakı, 14 sentyabr /Trend/

Dialoq və Əməkdaşlıq Uğrunda İslam Konfransı Gənclər Forumu (İKGF) bu yaxınlarda ABŞ-da Məhəmməd Peyğəmbər haqqında çəkilmiş, müsəlmanların dini hisslərinə və qüruruna toxunan filmin yayımlanmasına qarşı bəyanatla çıxış edib.

"Dini nifrət zəminində çəkilmiş bu film antiislamçı qüvvələrin İslamı təhqir etməyə yönəlmiş növbəti provokasiyasıdır. İslam Əməkdaşlıq Təşkilatı ölkələrində fəaliyyət göstərən gənclər təşkilatlarını özündə birləşdirən İKGF dünya müsəlmanlarını bu tipli provokasiyalara uymamağa və başqa din nümayəndələrinə qarşı tolerant münasibət göstərməyə çağırır. Eyni zamanda, bu filmin çəkilməsini, yayımlanmasını qəti surətdə pisləyir və filmin yaradıcılarının qanunla məsuliyyətə cəlb olunmasının zərurətini qeyd edir", - bəyanatda deyilir.

İKGF, eyni zamanda, ABŞ-ın Liviyadakı səfiri və üç amerikalı diplomatın qətlindən təəssüfləndiyini bildirir.

Xəbər lenti

Xəbər lenti