...

Bakıda "Diqqət, uşaqlar" devizi altında təhlükəsizlik aylığı davam edir (FOTO)

Cəmiyyət Materials 20 Sentyabr 2012 17:29 (UTC +04:00)
Azərbaycanın daxili işlər naziri, general-polkovnik Ramil Usubovun məlum sərəncamına əsasən, "Diqqət, uşaqlar" adı altında təhlükəsizlik aylığının keçirilməsi davam etdirilir.
Bakıda "Diqqət, uşaqlar" devizi altında təhlükəsizlik aylığı davam edir (FOTO)

Azərbaycan, Bakı, 20 sentyabr /Trend, müxbir E.Mehdiyev/

Azərbaycanın daxili işlər naziri, general-polkovnik Ramil Usubovun məlum sərəncamına əsasən, "Diqqət, uşaqlar" adı altında təhlükəsizlik aylığının keçirilməsi davam etdirilir.

Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov Trend-ə bildirib ki, sentyabrın 20-də Nəsimi rayonunda yerləşən 28 saylı orta məktəbdə BŞDYPİ, 46 saylı məktəbdənkənar tərbiyə işi mərkəzi və "Azərsun Holdinq" şirkətlər qrupu ilə birgə "Diqqət, uşaqlar" devizi altında keçirilən təhlükəsizlik aylığına həsr edilmiş görüş keçirilib.

Tədbirin keçirilməsi yol hərəkəti qaydalarının uşaqlara öyrədilməsi, küçə və yollarda təhlükəsiz davranış vərdişlərinin aşılanması məqsədi daşıyır.

Tədbir zamanı "Yol hərəkəti qaydaları uşaqların gözündə" mövzusunda uşaqlar öz bilik və bacarıqlarını nümayiş etdirib və 46 saylı məktəbdənkənar tərbiyə işi mərkəzinin bir qrup şagirdi "Yol hərəkəti haqqında" qanuna dair bilik və bacarıqlarını 28 saylı orta məktəbin şagirdləri qarşısında çıxış edərək onlara izah ediblər.

Əsədov tədbirdə çıxış edərək qeyd edib ki, azyaşlı uşaqların həyat və sağlamlığının qorunması işində cəmiyyətimizin hər bir üzvü fəallığını artırmalıdır.

46 saylı məktəbdənkənar tərbiyə işi mərkəzinin şöbə müdiri Fərda Süleymanova da çıxışında uşaqlara yol hərəkəti qaydalarının öyrədilməsinin zəruriliyindən danışıb və bildirib ki, son 8 il ərzində Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin və 46 saylı məktəbdənkənar tərbiyə işi mərkəzinin birgə fəaliyyəti nəticəsində Bakı şəhər məktəblərindən ibarət bir qrup şagird yüksək hazırlıq səviyyəsinə görə ölkədən kənarda keçirilən yarışmaların qalibi olub.

"Azərsun Holdinq"dən Trend-ə verilən məlumata görə, tədbirdə iştirak edən Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov, "Azərsun Holdinq"in İctimaiyyətlə əlaqələr və sosial xidmətlər şöbəsinin müdiri Afiq Səfərov, 28 saylı orta məktəbin müdiri Mehriban xanım və holdinqin marka rəhbəri Ellada Şiriyeva layihə ilə bağlı fikirlərini söyləyiblər.

Tədbirin sonunda şagirdlərə "Şokki Mokki"dən hədiyyələr təqdim edilib.

Xəbər lenti

Xəbər lenti