Azərbaycan, Bakı, 29 sentyabr /Trend/
Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsi, Azərbaycan Respublikası Təhsil Nazirliyi və Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi ilə birgə ölkə ərazisində yerləşən ümumtəhsil məktəblərinin V-XI sinif şagirdləri arasında "Bayrağımız qürur mənbəyimizidir" adlı rəsm müsabiqəsi elan edilib.
Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsindən cümə günü Trend-ə verilən məlumata görə, müsabiqə iştirakçıları Dövlət Bayrağı Gününə həsr olunmuş, istənilən üsulla çəkilmiş, A2-A3 formatlı, rəngli rəsm işlərini, şəxsiyyəti təsdiq edən sənəd və müəllifin doğum haqqında şəhadətnaməsinin surətini oktyabrın 20-dək təqdim etməlidirlər.
Təşkilat komitəsi tərəfindən 12 ən yaxşı iş seçərək mükafatlandırılacaq.
Təqdim edilmiş işlər geri qaytarılmır və onlara dair bütün müəlliflik hüquqları Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsinə məxsusdur.
Azərbaycanda məktəblilər arasında bayraqla bağlı rəsm müsabiqəsi keçiriləcək
Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsi, Azərbaycan Respublikası Təhsil Nazirliyi və Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi ilə birgə ölkə ərazisində yerləşən ümumtəhsil məktəblərinin V-XI sinif şagirdləri arasında “Bayrağımız qürur mənbəyimizidir” adlı rəsm müsabiqəsi elan edilib
