...

Bolqarıstanın keçmiş prezidenti: Köhnə və yeni nəsil birlikdə işləsə, o zaman bir çox nailiyyətləri əldə etmək mümkündür

Cəmiyyət Materials 5 Oktyabr 2012 11:46 (UTC +04:00)

Azərbaycan, Bakı, 5 oktyabr /Trend, müxbir E.Mehdiyev/

Bu gün Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində "Postmodernist mədəniyyətdə ənənəvi dəyərlər sistemi" adlı dəyirmi masa keçirilir.

Trend-in məlumatına görə, dəyirmi masa üç bölmədən ibarətdir. İştirakçılar postmodernizm dövründə şəxsiyyətin reinterpritasiyası, intermediallıq mədəniyyətlərarası diffuziyanın mexanizmi kimi və müasir dünyada humanitar və mədəni transformasiyalar kimi məsələləri müzakirə edirlər.

Dəyirmi masada açılış nitqi ilə çıxış edən Azərbaycan Dillər Universitetinin beynəlxalq əlaqələr üzrə prorektoru Jalə Qəribova bildirib ki, postmodernist mədəniyyətdə ədəbiyyat və incəsənət bu tendensiyaya çox tez reaksiya verir.

"Çalışmaq lazımdır ki, yeni texnologiyaları tətbiq edək. Müasir texnologiyalara deyil, eləcə də yeni yanaşmalara da toxunmaq lazımdır. Onu da xüsusi qeyd edim ki, bugünkü dövrdə tələbələr məntiq əldə edilən bilikləri və məlumatları təhlil etməyi bacarmalıdırlar", - Qəribova deyib.

Dəyirmi masada Yunanıstanın Beynəlxalq Olimpiya Akademiyasının prezidenti İsidoros Kuvelos "Olimpizm əbədi ənənəvi dəyərlər sistemi kimi" mövzusu ilə çıxış edib.

O, idman sahəsində təhsilin ənənəvi dəyərlərindən danışıb. Kuvelos ümid etdiyini bildirib ki, Bakı Beynəlxalq Humanitar Forumu ənənəvi dəyərlər sisteminə öz töhfəsini verəcək.

Daha sonra dəyirmi masada çıxış edən Bolqarıstanın keçmiş prezidenti Jelyu Jelev bildirib ki, mədəniyyət natura olmayan hər şeydir. "Köhnə və yeni nəsil birlikdə işləsə o zaman bir çox nailiyyətləri əldə etmək mümkündür", - Jelev bildirib.

Sabiq prezident deyib ki, yeni texnologiyaların inkişafı artıq bu məsələləri lazımsız edib. Onun sözlərinə görə, indiki zamanda kompüterin bir düyməsini basmaqla istənilər informasiyanı əldə etmək olar. Bir sıra xırda dövlətlər öz şair və yazıçılarını hər zaman üstün tutur. Buna görə də Bolqarıstanla Azərbaycanın oxşarlığı çoxdur. Misal olaraq, bu yaxınlarda dahi sənətkar Müslüm Maqomayevin yubileyi keçirildi. Buradan da məlum oldu ki, onun yaradıcılığı tək azərbaycanlılar tərəfindən deyil, eləcə də digər xalqlar tərəfindən bəyənilir. Çünki onlar yalnız azadlıq və gözəlliyi təşviq ediblər.

"Fəlsəfə təhsili aldığıma görə mənə istedadın xüsusiyyəti və perspektivləri olduqca maraqlıdır. Fitri istedad heç bir sərhəd görmür. Mütləq burada güclü xarakter də lazımdır. Güclü xarakter olmasa, həmin şəxs öz fitri istedadını realizə edə bilməz", - keçmiş prezident əlavə edib.

Xəbər lenti

Xəbər lenti