Azərbaycan, Bakı, 8 oktyabr /Trend, müxbir İ.İsabalayeva/
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Geologiya İnstitutunun 8 layihəsi Dövlət Neft Şirkətinin Elm Fondu tərəfindən qrant mükafatına layiq görülüb.
İnstitutdan bazar ertəsi Trend-ə verilən məlumata görə, layihələr neftin tektonik proseslər və radioekoloji durumla əlaqələri, neft və qaz axtarışında müasir üsullar, proqnozlar və digər mühüm tədqiqat mövzularını əhatə edir.
Oktyabrın 9-da qrant müsabiqəsinin yekunlarına həsr olunmuş tədbir keçiriləcək. Tədbirdə müsabiqənin ümumən 24 qalib layihəsinin rəhbərləri, o cümlədən Geologiya İnstitutunun alimləri iştirak edəcəklər.