...

Serbiyanın Belqrad Universitetinin numayəndə heyəti Azərbaycan Memarlıq və İnşaat Universitetində olub (FOTO)

Cəmiyyət Materials 9 Oktyabr 2012 14:00 (UTC +04:00)
Serbiyanın Belqrad Universitetinin numayəndə heyəti Azərbaycan Memarlıq və İnşaat Universitetində olub.
Serbiyanın Belqrad  Universitetinin  numayəndə heyəti Azərbaycan Memarlıq və İnşaat Universitetində olub (FOTO)

Azərbaycan, Bakı, 9 oktyabr /Trend/

Serbiyanın Belqrad Universitetinin numayəndə heyəti Azərbaycan Memarlıq və İnşaat Universitetində olub.

204 yaşlı bu təhsil ocağının rektoru, professor Vladimir Bumbaşireviç, Belqrad Universitetinin prorektoru, professor Marko İvetiç, Arco Projekt şirkətinin direktoru, Universitetin professoru Petar Arsiç, Birləşmiş millətlər təşkilatının təhsil, elm və mədəniyyat sahəsində YUNESKO-nun təmsilçisi, Universitetin professoru Jovan Despotoviç AzMİU-nun tələbə və müəllim heyəti ilə görüşüblər.

Universitetin rektoru, professor Gülçöhrə Məmmədova qonaqlara Memarliq və İnşaat Universitetinin tarixi, beynəlxalq əlaqələri, dünyanın tanınmış universitetləri ilə tələbə mübadiləsi və tələbə hazırlığı haqqında ətraflı məlumat verib. Tanışliq xarakteri daşıyan görüşdə,təhsil sahəsində bir sira mövcud problemlər muzakirə olunub. Belqrad Universitetinin Su Təsərrüfatı və Kommunikasiya Sisitemləri fakultəsinin professoru Jovan Despotoviç, ölkəmizdə səfərdə olduqlari muddətdə artıq bir sira birgə layihələrin həyata keçirilməsi üçün təkliflər verdiklərini bildiriblər. Professor artıq 2014-2020-ci illərdə Azərbaycanda su tədqiqatı, idarə edilməsi və qlobal dəyişikliklər dövründə insanların sağlamlığının təmin olunması ilə əlaqədar layihə üzərində işlədiklərini və bununla bağlı təklıflər verdiklərini söyləyib.

İki universitet arasında təhsil və tələbə mübadiləsinə toxunan AzMİU-nun rektoru, professor Gülçöhrə Məmmədova təklif edib və bildirib ki, hazırda Belqrad Universitetin nəznində olan, lakin Azərbaycanda mövcud olmayan bir sahənin, su tasarrüfatı menecmenti sahəsinin işlənib hazırlanmasına və bu sahənin Universitetdə ayrica bir fakültə kimi mütəxəssis yetişdirməsinə xüsusi ehtiyyac var. Belqrad Universitetinin prorektoru, professor Marko İvetiç Serbiyada bu sahədə xüsusi irəliləyiş əldə etdiklərini vurğulayıb. Ölkələrində həm yağış, həm çay sularının yeni texnologiyalarla və təbii ki, su təsərrüfatı sahəsində peşəkar menecmentlərin köməyi ilə təmizlənib, kənd təsərrüfatında və texniki su kimi istifadədə əldə etdikləri uğurlardan danışıb.

"31 fakültə, 80 min tələbə və 10 min müəllim heyəti olan Belqrad Universiteti 204 illik tarixində, bir cox Universitetlərlə rəsmi əməkdşlıq edib. Bu sırada Azərbaycan Memarlıq və İnşaat Universitetinin də olmasını istərdik", - təhsil ocağının rektoru, professor Vladimir Bumbaşireviç belə deyib. Sonda Azərbaycan və Belqrad Universitetləri arasında elmi, təcrübi, nəzəri sahədə memorandum imzalanıb. Universitetin rektoru, professor Gülçöhrə Məmmədova qonaqlara Memarliq və İnşaat Universitetinin tarixi, beynəlxalq əlaqələrini əks etdirən kitab və başqa hədiyyələr taqdim edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti