...

Balakəndəki zəlzələdə 6 nəfər xəsarət alıb

Cəmiyyət Materials 15 Oktyabr 2012 10:52 (UTC +04:00)
Oktyabrın 14-də Azərbaycanın şimal-qərb bölgəsində baş verən zəlzələ nəticəsində Balakən rayonunda 6 nəfər xəsarət alıb, 30-a yaxın insan isə evə təcili yardım çağırıb.
Balakəndəki zəlzələdə 6 nəfər xəsarət alıb

Azərbaycan, Bakı, 15 oktyabr /Trend, müxbir İ.İsabalayeva/

Oktyabrın 14-də Azərbaycanın şimal-qərb bölgəsində baş verən zəlzələ nəticəsində Balakən rayonunda 6 nəfər xəsarət alıb, 30-a yaxın insan isə evə təcili yardım çağırıb. Bu barədə bazar ertəsi Trend-ə Balakən rayon Fövqəladə Hallar Komissiyasının sədri Azad Balayev deyib.

Onun sözlərinə görə, hadisə nəticəsində dünyasını dəyişənlər olmayıb.

Balayev bildirib ki, zəlzələ nəticəsində evlərə ziyan dəyib, sosial obyektlər və bır sıra məktəblər zədə alıb. Hazırda zəlzələdən zərər çəkən obyektlərin sayı dəqiqləşdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti