...

Azərbaycanda "yay günləri" davam edəcək

Cəmiyyət Materials 19 Oktyabr 2012 12:44 (UTC +04:00)
Oktyabrın 21-dək Azərbaycan ərazisində hava şəraitinn dəyişkən buludlu olacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi, cənub küləyinin üstünlük təşkil edəcəyi gözlənilir.
Azərbaycanda "yay günləri" davam edəcək

Azərbaycan, Bakı, 19 oktyabr /Trend, müxbir İ.İsabalayeva/

Oktyabrın 21-dək Azərbaycan ərazisində hava şəraitinn dəyişkən buludlu olacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi, cənub küləyinin üstünlük təşkil edəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən cümə günü Trend-ə verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında oktyabrın 20-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 13-18, gündüz 23-27 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında oktyabrın 20-də hava şəraitinin gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 13-18, gündüz 23-28, dağlarda gecə 4-9, gündüz 15-20 dərəcə isti olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti