...

Azərbaycanda palçıq vulkanlarının monitorinqi aparılır

Cəmiyyət Materials 3 Dekabr 2012 16:48 (UTC +04:00)
Azərbaycan Milli Elmlər Akademiyasının Geologiya İnstitutunun əməkdaşları ölkə ərazisində palçıq vulkanlarının monitorinqini keçirirlər.
Azərbaycanda palçıq vulkanlarının monitorinqi aparılır

Azərbaycan, Bakı, 3 dekabr /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycan Milli Elmlər Akademiyasının Geologiya İnstitutunun əməkdaşları ölkə ərazisində palçıq vulkanlarının monitorinqini keçirirlər.

Trend bazar ertəsi AMEA-nın saytına istinadən bildirir ki, ilk olaraq sentyabr ayında Lökbatan ərazisində püskürmüş palçıq vulkanında elmi araşdırmalara başlanılıb. Araşdırmalar zamanı orada gedən geoloji proseslər, aktivlik dərəcəsi daha dəqiq ölçüləcək və seysmik aktivliyin bu vulkanlara təsiri müəyyənləşdiriləcək.

Rusiyalı mütəxəssislərin də yaxından iştirak etdiyi monitorinq Abşeron, Qobustan və Şamaxı palçıq vulkanlarını əhatə edəcək. Sonda institut tərəfindən sönmüş vulkanların 3D modelinin qurulması nəzərdə tutulub.

Hazırda institutda dünya ölkələrinin palçıq vulkanlarının atlası da hazırlanır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti