...

IDEA Kampaniyasının Resurs Mərkəzində gürcüstanlı gənclərlə görüş keçirilib (FOTO)

Cəmiyyət Materials 4 Dekabr 2012 17:26 (UTC +04:00)
Gürcüstandan olan 20 gənc fəal Ətraf Mühitin Mühafizəsi naminə Beynəlxalq Dialoq Kampaniyasının (IDEA) Resurs Mərkəzi ilə tanış olublar.
IDEA Kampaniyasının Resurs Mərkəzində gürcüstanlı gənclərlə görüş keçirilib (FOTO)

Azərbaycan, Bakı, 4 dekabr /Trend/

Gürcüstandan olan 20 gənc fəal Ətraf Mühitin Mühafizəsi naminə Beynəlxalq Dialoq Kampaniyasının (IDEA) Resurs Mərkəzi ilə tanış olublar.

Qeyd edək ki, gənclər Azərbaycanda Birləşmiş Millətlər Təşkilatının Keçmiş Təcrübəçiləri Assosiasiyasının (AFUNI) təşkilatçılığı, habelə İsveç və Gürcüstanın BMT Assosiasiyaları ilə əməkdaşlıq çərçivəsində həyata keçirilən Azərbaycan və Gürcüstan arasında Gənclər Mübadiləsi proqramı üzrə Azərbaycanda 4 günlük tədris xarakterli səfərdədirlər.

Trend-in məlumatına görə, görüş zamanı gənclər IDEA Kampaniyası və onun Resurs Mərkəzinin iş prosesi ilə yaxından tanış olub və artıq icra olunmuş və gələcəkdə planlaşdırılan layihələr haqqında ətraflı məlumat alıblar. Azərbaycan və Gürcüstan gənclərinin əməkdaşlığının perspektivləri və bunun nəticəsində ərsəyə gələ biləcək layihələrin ideyaları müzakirə olunub.

Bundan əlavə, müzakirə zamanı Azərbaycan və Gürcüstan gənclərinin ortaq probleminə çevrilən Cənubi Qafqaz regionunda müşahidə olunan ekoloji vəziyyət və ətraf mühitin qorunması ilə bağlı bir sıra məsələlərə də toxunulub və "Bir Dünya, Bir Gələcək" naminə atıla biləcək birgə addımlardan bəhs olunub.

Xatırladaq ki, Resurs Mərkəzinin rəsmi açılışı 19 may 2012-ci il tarixində IDEA Kampaniyasının təşəbbüskarı Leyla Əliyevanın iştirakı ilə baş tutub. Hazırda Resurs Mərkəzi gənclərin maariflənməsinə töhfə verəcək layihələrin icrasına uğurla davam edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti