...

Azərbaycanda dağınıq skleroz xəstələri ilə bağlı standartlar təsdiqlənib

Cəmiyyət Materials 6 Dekabr 2012 11:03 (UTC +04:00)
Nazirlər Kabineti "Dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərə göstərilməli olan tibbi yardımın həcmi və keyfiyyət standarları"ını təsdiq edib.
Azərbaycanda dağınıq skleroz xəstələri ilə bağlı standartlar təsdiqlənib

Azərbaycan, Bakı, 6 dekabr /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycan Nazirlər Kabineti "Dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərə göstərilməli olan tibbi yardımın həcmi və keyfiyyət standarları"ını təsdiq edib.

Nazirlər Kabinetindən cümə axşamı Trend-ə verilən məlumata görə, dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərə ambulator-poliklinika tibbi yardımı, stasionar və ambulator müalicə, eləcə də reabilitasiya və dispanser nəzarəti tədbirləri Səhiyyə Nazirliyinin tabeliyində olan müvafiq profilli tibb müəssisələri tərəfindən həyata keçiriləcək.

Belə xəstələrə tibbi yardım fərdi müraciət və ya müalicə-profilaktika müəssisəsinin göndərişi, 18 yaşına çatmamış şəxslərə isə onların valideynlərinin və ya digər qanuni nümayəndələrinin müraciəti əsasında göstəriləcək.

Tibb müəssisəsinin rəhbəri dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərə göstərilməli olan xüsusiləşdirilmiş yardımın və tibbi xidmətlərin keyfiyyətinin təmin edilməsinə cavabdehlik daşımalıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti