...

Azərbaycanda radon qazının yayılmasının qarşısının alınması üsulları müəyyən olunacaq

Cəmiyyət Materials 6 Dekabr 2012 16:14 (UTC +04:00)
Azərbaycanda radon qazının yayılmasının qarşısının alınması üsulları müəyyən olunacaq.
Azərbaycanda radon qazının yayılmasının qarşısının alınması üsulları müəyyən olunacaq

Azərbaycan, Bakı, 6 dekabr /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycanda radon qazının yayılmasının qarşısının alınması üsulları müəyyən olunacaq.

Azərbaycan Milli Elmlər Akademiyası Geologiya İnstitutunundan cümə axşamı Trend-ə verilən məlumata görə, Cənubi İsveçrənin Tətbiqi Elmlər Universiteti ilə birgə Azərbaycan ərazisində radon qazının yayılması ilə əlaqədar lahiyənin ikinci mərhələsinə başlanılıb. "Azərbaycanda radon kadastrının tərtibi, radonun diaqnostikası və səbəb olduğu problemlərin minimuma endirilməsi" adlı layihənin tədqiqatları İsveçrə Elm Fondunun dəstəyi ilə aparılır.

Layihə çərçivəsində ölkədə radonun miqdarının anomal olduğu ərazilər təyin olunur. Artıq Azərbaycan ərazisində radonun həcmi aktivliyinin paylanması xəritəsi tərtib olunub. Xəritəyə görə, ölkə ərazisində radon qazının paylanması nəticəsində ekoloji təmiz və texnogen pozulmuş ərazilər aşkar olunub. Layihənin məqsədi tikililərdə, xüsusən də yaşayış binalarında radonun ziyanını minimuma endirməkdir. Hazırda İsveçrədən radon qazını təyin edən "Radon Scout Plus" adlı elmi tədqiqat avadanlığı gətirilib. O, bir neçə saata radonun qatılığını təyin edə bilir.

Evlərdə radon qazı aşkar olunarsa, ventilyasiya, hava çəkən boru və bu kimi digər təmizləmə qurğuları quraşdırılacaq.

Geologiya İnstitutunun Geoloji mühitin qamma-spektrometriyası şöbəsinin rəhbəri, geologiya-mineralogiya elmləri doktoru professor Çingiz Əliyev bildirib ki, hazırda alimlər radon qazının mənbələrini təyin etməyə çalışırlar.

Qeyd edək ki, radon Yer kürəsində geniş yayılıb. O, əsasən yerin dərinliklərindəki tektonik çatlar vasitəsi ilə yerin səthinə çıxır, döşəmələrdəki çatlar, kanalizasiya, su və qaz borularından isə tikililərə sızaraq orada toplanır. Bu qaz normadan çox olduqda ağ ciyər xərçəngi törədə bilir və bu xəstəliyin səbəbləri arasında siqaretdən sonra ikinci yeri tutur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti