...

İran Biləsuvar sərhəd-keçid məntəqəsində gediş-gəliş üçün şəraiti yaxşılaşdıracaq

Cəmiyyət Materials 11 Dekabr 2012 16:27 (UTC +04:00)
İranın Ərdəbil əyalətinin başçısı Əkbər Nikzad Biləsuvar sərhəd-keçid məntəqəsində yenidənqurma işlərinin aparılacağından və xarici qonaqların gediş-gəlişlərinin rahatlaşdırılması üçün sərhəd keçid məntəqəsində şəraitin yaxşılaşdırımasının zəruriliyindən danışıb.
İran Biləsuvar sərhəd-keçid məntəqəsində gediş-gəliş üçün şəraiti yaxşılaşdıracaq

Azerbaican, Bakı, 11 dekabr /Trend, müxbir T.Cəfərov /

İranın Ərdəbil əyalətinin başçısı Əkbər Nikzad Biləsuvar sərhəd-keçid məntəqəsində yenidənqurma işlərinin aparılacağından və xarici qonaqların gediş-gəlişlərinin rahatlaşdırılması üçün sərhəd keçid məntəqəsində şəraitin yaxşılaşdırımasının zəruriliyindən danışıb. Trend-in məlumatına görə, bu barədə İRNA agentliyi xəbər verir.

Nikzad deyib ki, Biləsuvar sərhəd-keçid məntəqəsində əlverişli şərait yaradılmalıdır. "Sərhəd-keçid məntəqəsində idarəetmə yaxşılaşdırılmalı, qonaqlar ölkə daxilində turizm zonaları ilə tanışlıq üçün bələdçilərlə təmin edilməlidir", - o bildirib.

Nikzad deyib ki, Biləsuvar sərhəd-keçid məntəqəsində ölkənin müxtəlif bölgələrində sərnişindaşımalar həyata keçirən şirkətlər fəaliyyət göstərməlidir.

Azərbaycan və İran arasında Astara sərhəd-keçid məntəqəsi ilə yanaşı, Biləsuvar və Culfa sərhəd-keçid məntəqələri də fəaliyyət göstərir.

İran Azərbaycan vətəndaşları üçün viza rejimini birtərəfli qaydada ləğv edib. 2010-cu il fevralın 1-dən etibarən İrana gedən Azərbaycan vətəndaşlarından viza tələb olunmur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti