...

Azərbaycanda gənc geoloq alimlər üçün rəqəmsal xəritəçəkmə proqramı tədris olunur

Cəmiyyət Materials 13 Dekabr 2012 16:02 (UTC +04:00)
Azərbaycan Milli Elmlər Akademiyası Geologiya İnstitutunda Şotlandiyanın "Midland Valley" şirkətinin MOVE rəqəmsal proqram təminatı tədris olunur.
Azərbaycanda gənc geoloq alimlər üçün rəqəmsal xəritəçəkmə proqramı tədris olunur

Azərbaycan, Bakı, 13 dekabr /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycan Milli Elmlər Akademiyası Geologiya İnstitutunda Şotlandiyanın "Midland Valley" şirkətinin MOVE rəqəmsal proqram təminatı tədris olunur.

İnstitutdan çümə axşamı Trend-ə verilən məlumata görə, İsveçrənin Friburq Universitetinin dəstəyi ilə təşkil olunmuş kursu Niderlandın 4D GEO Struktur Geologiya üzrə Məsləhət və Təlim Şirkətinin rəhbəri, fəlsəfə doktoru Armelle Klapanburq aparır.

Proqram yer elmlərinin müxtəlif sahələrində 3D modelləşdirilməsi üzrə tədqiqatlar aparmaq üçün istifadə oluna bilər. Proqram vasitəsilə yerin dərinliklərini təsvir edən xəritələri və profilləri rəqəmsallaşdırmaq mümkündür.

Kurs institutun Geotektonika və regional geologiya şöbəsinin təşəbbüsü ilə həyata keçirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti