...

IDEA kampaniyasının Resurs Mərkəzində AmCham-ın Korporativ Sosial Məsuliyyət Komitəsinin görüşü keçirilib (FOTO)

Cəmiyyət Materials 14 Dekabr 2012 09:45 (UTC +04:00)

Azərbaycan, Bakı, 14 dekabr /Trend/

Ətraf mühitin mühafizəsi işini rəhbər tutaraq fəaliyyəti ilə ictimai həyatın müxtəlif sahələrini əhatə edən IDEA Kampaniyası bu dəfə biznes sahəsinə də öz "yaşıl" töhfəsini verməyə başlayır. Belə ki, 13 dekabr tarixində Amerika Azərbaycan Ticarət Palatasının (AmCham) Korporativ Sosial Məsuliyyət (KSM) Komitəsi ilk dəfə olaraq başqa bir təşkilatın məkanında - məhz IDEA Kampaniyasının Resurs Mərkəzində öz toplantısını keçirdi.

Trend-in məlumatına görə, Korporativ Sosial Məsuliyyət təşkilatın cəmiyyətə təsirinin müəyyən edilməsi və bu təsirin qiymətləndirilməsi prosesidir. Hal-hazırda sosial məsuliyyətin əhəmiyyəti aparıcı biznes təşkilatları tərəfindən tanınır. Korporativ Sosial Məsuliyyət Komitəsinin fəaliyyətinin əsas istiqamətlərindən biri ətraf mühitə mənfi təsirin maksimal həcmdə azalması və müsbət təsirin təmin edilməsidir.

Qeyd edək ki, AmCham-a üzv biznes təşkilatlarının nümayəndələrindən ibarət Korporativ Sosial Məsuliyyət Komitəsi hər ay bir araya gələrək ətraf mühitin qorunması, davamlı inkişaf və birgə fəaliyyət tələb edən digər məsələləri müzakirə edir və müxtəlif ətraf mühit layihələri də icra olunmaqdadır.

IDEA kampaniyası və AmCham təşkilatı arasında gələcək əməkdaşlığın təməli sayılan görüşdə 2013-cü il ərzində IDEA və AmCham-ın əməkdaşlığı çərçivəsində Azərbaycanın biznes aləmində ətraf mühitin qorunması istiqamətində atıla biləcək birgə addımlar müzakirə olunmuşdur. Biznes strukturlarında ekoloji mədəniyyət və bunun üçün düzgün korporativ davranışın formalaşdırılması IDEA və AmCham tərəfindən əməkdaşlığın əsas prioritet istiqaməti olaraq seçilmişdir.

Qeyd edək ki, IDEA Kampaniyası 12 iyul 2011-ci il tarixində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva tərəfindən başladılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti