...

Ermənistan vətəndaşları Yeni ili borcla keçirməyə məcburdurlar

Cəmiyyət Materials 17 Dekabr 2012 15:45 (UTC +04:00)
Son illər Ermənistanda Yeni ili qeyd etmək üçün kredit götürmək ənənəsi yaranıb. Bu barədə Trend Ermənistan KİV-ə istinadən məlumat verir.
Ermənistan vətəndaşları Yeni ili borcla keçirməyə məcburdurlar

Azərbaycan, Bakı, 17 dekabr /Trend/

Son illər Ermənistanda Yeni ili qeyd etmək üçün kredit götürmək ənənəsi yaranıb. Bu barədə Trend Ermənistan KİV-ə istinadən məlumat verir.

Artıq dekabrın 10-dan bankların işi çoxalır, çünki kredit götürənlərin və pul köçürmələrinin sayı artır.

Yerli banklardan birinin əməkdaşı Nelli Badumyan təsdiqləyib ki, hazırda kəskin kredit artımı müşahidə olunur, vətəndaşlar Yeni il xərcləri üçün kredit götürürlər. Odur ki, belə vətəndaşların sayı 30 faiz artıb. Badumyanın sözlərinə görə, ötən ilin təcrübəsi göstərir ki, bu statistika yanvarın əvvəlinə kimi saxlanacaq.

"Adamlar, əsasən, 800 milyon dram borc götürürlər və bir qayda olaraq, qızıl girov qoyurlar. Bankımızın ölkənin rayonlarındakı filialları daha çox kredit verir. Orada faizlər də bir az aşağıdır. Əgər Yerevanda 24 faizdirsə, rayonlarda bu rəqəm 22-dir", - Badumyan bəyan edib.

Bayramlarla əlaqədar, habelə dekabrın ikinci yarısında banklarda xaricdən pul köçürmələri də artır.

Rayonlara gəldikdə, burada ticarət banklarından başqa, kredit təşkilatlarına müraciət də qəbul edilib. Məsələn, təşkilatların birindən kredit almaq üçün kənd sakinləri qruplar yaradır, bir-birilərinə zəmanətlər imzalayır və borcun ödənilməsi üçün öz üzərilərinə birgə öhdəlik götürürlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti