Azərbaycan, Bakı, 22 dekabr /Trend, müxbir E.İsmayılov/
Azərbaycanda istehlakçıların qazdan təhlükəsiz istifadəsinə nəzarət məsələləri ilə məşğul olacaq yeni struktur yaradıla bilər. Bu barədə Trend-ə Azərbaycan Respublikası Dövlət Neft Şirkətindəki (ARDNŞ) mənbə bildirib.
Mənbənin sözlərinə görə, hazırda qaz infrastruktruna və istehlakçılardakı qurğulara nəzarəti "Azəriqaz" İstehslat Birliyi (İB) həyata keçirir, lakin İB-nin üzərinə böyük həcmdə iş düşdüyünə görə, istehlakçılara nəzarətin həyata keçirilməsi böyük yükə çevrilib.
Yeni yaranacaq struktur, öz növbəsində, istehlakçıların qaz infrastrukturuna nəzarət və yoxlanması, qaz qurğularının təhlükəsizliyi və yerləşdirilməsi, qaz yanğını nəticəsində məhsulların çıxarılmasının təmini sisteminin nəzarəti ilə məşğul olacaq.
"Bu, hazırda vacib və aktual məsələdir. İB üçün istehlakçıların təhlükəsizliyi, yanğın və dəm qazından zəhərlənmə hallarının qarşısının alınması olduqca əhəmiyyətlidir. Məhz buna görə də ayrıca strukturun yaradılması məsələsi gündəlikdədir", - mənbə qeyd edib.
Onun sözlərinə görə, yeni struktur yaranacağı təqdirdə, İB-nin məsuliyyəti istehlakçının qazı sayğac vasitəsilə qəbulundan sonra başa çatacaq. Sonrakı proseslərə görə məsuliyyət yeni qurumun üzərinə düşəcək. Mənbə deyib ki, belə təcrübə Türkiyə və Almaniyada var.
Hazırda xüsusi xidmətin yaradılması imkanı ARDNŞ, Sənaye və Energetika Nazirliyi və digər müvafiq strukturlar arasında müzakirə olunur. Yeni strukturun Sənaye və Energetika Nazirliyinin sərəncamında olacağı istisna edilmir.
Azərbaycanda yeni struktur yaradıla bilər
Azərbaycanda istehlakçıların qazdan təhlükəsiz istifadəsinə nəzarət məsələləri ilə məşğul olacaq yeni struktur yaradıla bilər. Bu barədə Trend-ə Azərbaycan Respublikası Dövlət Neft Şirkətindəki (ARDNŞ) mənbə bildirib.