...

Bakı sakinlərinin nəzərinə: isti geyinməyi unutmayın!

Cəmiyyət Materials 8 Yanvar 2013 14:40 (UTC +04:00)
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən Trend-ə bildirblər ki, Bakıda və Abşeron yarımadasında yanvarın 9-da hava şəraitinin dəyişiləcəyi, soyuq, küləkli, axşam yağıntılı olacağı, sulu qara keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi arabir güclənəcək.
Bakı sakinlərinin nəzərinə: isti geyinməyi unutmayın!

Azərbaycan, Bakı, 8 yanvar /Trend, müxbir İ.İsabalayeva/

Sabah Bakıda sulu qar yağacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən Trend-ə bildirblər ki, Bakıda və Abşeron yarımadasında yanvarın 9-da hava şəraitinin dəyişiləcəyi, soyuq, küləkli, axşam yağıntılı olacağı, sulu qara keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi arabir güclənəcək.

Havanın temperaturunun gecə 0 dərəcəyə yaxın, gündüz 1-4 dərəcə isti olacağı gözlənilir.

Yanvarın 9-da ölkə ərazisində hava şəraitinin dəyişiləcəyi, yanvarın 10-da daha da kəskinləşəcəyi, fasilələrlə yağıntılı olacağı, sulu qar, qar yağacağı, şimal-qərb küləyinin güclənəcəyi gözlənilir.

Havanın temperaturu ötən günlərlə müqayisədə 5-10 dərəcə aşağı enəcək.

Azərbaycanın rayonlarında yanvarın 9-da hava şəraitinin fasilələrlə yağıntılı olacağı, sulu qar, qar yağacağı gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturunun gecə 2 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 2-6 dərəcə isti, dağlarda gecə 4-9, yüksək dağlıq ərazilərdə 9-14, gündüz 0-5 dərəcə şaxta olacağı gözlənilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti