Azərbaycan, Bakı, 10 yanvar /Trend, müxbir İ.İsabalayeva/
Azərbaycan Təhsil Nazirliyi bir neçə peşə məktəbini akkreditasiyadan keçirib.
Nazirlikdən cümə axşamı Trend-ə verilən məlumata görə, Akkreditasiya komissiyası Cəlilabad peşə liseyi, 2 nömrəli Bakı peşə liseyi, Göyçay peşə liseyi və Neftçala peşə məktəbinin fəaliyyətini "kafi" qiymətləndirib.
Komissiya məktəblərin müvafiq ixtisaslarının akkreditə olunması barədə qərar qəbul edib.