...

Azərbaycan İspaniya ilə mədəniyyət və təhsil sahəsində əməkdaşlığı inkişaf etdirəcək

Cəmiyyət Materials 13 Fevral 2013 15:26 (UTC +04:00)

Azərbaycan, Bakı, 13 fevral /Trend, müxbir M.Əliyev/

Milli Məclisin Mədəniyyət komitəsi 2013-cü ilin qanunvericilik planını təsdiq edib.

Trend-in məlumatına görə, iclasda komitə sədri Nizami Cəfərov bildirib ki, 2012-ci ildə qəbul edilən "Mədəniyyət haqqında" qanun bu sahəyə aid bir sıra digər qanunların da qəbulunu zəruri edir. Bunlar "Muğam sənətinin qorunması və inkişaf etdirilməsi haqqında", "Aşıq sənəti haqqında" və "Yaradıcı birliklər və şəxslər haqqında" qanun layihələridir.

Cəfərov qeyd edib ki, "Muğam sənəti haqqında" qanun layihəsi yaz sessiyasının gündəliyinə salınıb və bu qanun layihəsinin təkmilləşdirilməsinə ehtiyac var. "Bu və ya digər qanun layihələri təkmilləşdirildikdən sonra Milli Məclisin plenar iclasına tövsiyə etmək olar", - o deyib.

Komitə sədri bildirib ki, komitə yaz sessiyasında müzakirəyə "Memarlıq fəaliyyəti haqqında" qanun layihəsini çıxaracaq.

Deputat Jalə Əliyeva Heydər Əliyevin 90 illik yubileyinin təntənəli şəkildə qeyd olunmasını nəzərə alaraq, komitə tərəfindən ümummilli liderlə bağlı xüsusi bir qanun layihəsi hazırlamağı təklif edib.

Komitə iclasında, həmçinin Azərbaycanla İspaniya arasında mədəniyyət, təhsil və elm sahələrində əməkdaşlıq haqqında saziş Milli Məclisin ratifikasiyasına təqdim olunub. Sənəddə iki ölkənin mədəniyyət siyasəti ilə bağlı təcrübə mübadiləsinin, o cümlədən akademik əməkdaşlıq çərçivəsində birgə tədbirlərin keçirilməsi, mədəniyyət və incəsənət sahələri üzrə tələbə, müəllim və tədqiqatçıların mübadiləsi öz əksini tapıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti