...

"Türk Hava Yolları" bir sıra aviareyslərdə alkoqollu içkiləri menyudan çıxarıb

Cəmiyyət Materials 13 Fevral 2013 16:10 (UTC +04:00)
"Türk Hava Yolları" (THY) aviaşirkəti onlarla istiqamətdə həyata keçirilən aviareyslərdə alkoqollu içkiləri menyudan çıxarıb.
"Türk Hava Yolları" bir sıra aviareyslərdə alkoqollu içkiləri menyudan çıxarıb

Azərbaycan, Bakı, 13 fevral /Trend, müxbir A.Tağıyeva/

"Türk Hava Yolları" (THY) aviaşirkəti onlarla istiqamətdə həyata keçirilən aviareyslərdə alkoqollu içkiləri menyudan çıxarıb. Trend-in məlumatına görə, bu barədə Türkiyənin "Hürriyyət" qəzeti xəbər yayıb.

Belə ki, Kəraçi və İslamabad (Pakistan), Qahirə və İsgəndəriyyə (Misir), Bağdad və Ərbil (İraq), Moqadişo (Somali), Dakar (Seneqal), əl-Küveyt (Küveyt) və Niamey (Nigeriya) şəhərlərinə aviareyslərdə alkoqollu içkilər verilmir.

Bundan başqa, belə içkilər bir sıra daxili, əsasən, ölkənin cənub-şərq vilayətləri istiqamətində həyara keçirilən reyslərdə də verilməyəcək.

Qəzetin məlumatına görə, gələcəkdə THY bütün istiqamətlərdə hərəkət edən aviareyslərdə alkoqollu içkiləri menyudan çıxarmağa hazırlaşır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti