...

Azərbaycan İrana 30-dan çox məhbus təhvil verib

Cəmiyyət Materials 22 Fevral 2013 22:03 (UTC +04:00)
Azərbaycan 33 iranlı məhbusu cümə günü İrana təhvil verib.
Azərbaycan İrana 30-dan çox məhbus təhvil verib

Azərbaycan, Bakı, 22 fevral /Trend, müxbir T.Cəfərov/

Azərbaycan 33 iranlı məhbusu cümə günü İrana təhvil verib. Bu barədə Trend-ə İranın Azərbaycandakı səfirliyinin mətbuat xidməti məlumat verib.

Yaxın vaxtlarda İranda olan bir neçə azərbaycanlı məhbus da qaytarılacaq.

Ədliyyə Nazirliyi Penitensiar Xidmətin tabeliyindəki qurumlarda 200 nəfərədək İran İslam Respublikasının vətəndaşı olan təqsirləndirilən şəxs və məhkum saxlanılır. Bu barədə Azərbaycan ədliyyə Nazirinin müavini, Penitensiar Xidmətin rəisi ədliyyə general-leytenantı Mədət Quliyev İranın Azərbaycandakı səfiri Möhsün Pakayin ilə görüşündə bildirib.

Səfir Azərbaycanın cəzaçəkmə müəssisələrindəki İran vətəndaşlarının saxlanma şəraitindən, eləcə də onlarla mütəmadi görüş üçün səfirlik əməkdaşlarına yaradılmış şəraitdən məmnun olduqlarını ifadə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti