...

Azərbaycandan olan sağlamlıq imkanları məhdud uşaqların Lvovdakı bərpa mərkəzində reabilitasiyasına başlanacaq

Cəmiyyət Materials 25 Fevral 2013 14:42 (UTC +04:00)
Azərbaycandan olan sağlamlıq imkanları məhdud uşaqların cari ildən Ukraynanın Lvov şəhərindəki Beynəlxalq bərpa müalicəsi klinikasında reabilitasiya kursu keçmələri təmin olunacaq.
Azərbaycandan olan sağlamlıq imkanları məhdud uşaqların Lvovdakı bərpa mərkəzində reabilitasiyasına başlanacaq

Azərbaycan, Bakı, 25 fevral /Trend/

Azərbaycandan olan sağlamlıq imkanları məhdud uşaqların cari ildən Ukraynanın Lvov şəhərindəki Beynəlxalq bərpa müalicəsi klinikasında reabilitasiya kursu keçmələri təmin olunacaq.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, nazirliyin 2013-cü ilin 18-22 fevral tarixlərində Ukraynada təcrübə səfərində olan bir qrup əməkdaşı ilə adıgedən klinikanın rəhbərliyi arasında bununla bağlı razılıq əldə olunub.

Səfər zamanı nazirliyin əməkdaşları Beynəlxalq bərpa müalicəsi klinikasının iş təcrübəsi, burada aparılan reabilitasiya metodları ilə yaxından tanış olublar.

Tanışlıq zamanı bildirilib ki, bu vaxtadək klinikada dünyanın 60 ölkəsindən, o cümlədən Almaniya, İsveçrə, Fransa, ABŞ-dan ümumilikdə 40 mindən çox sağlamlıq imkanları məhdud uşaq reabilitasiya kursu keçib və yüksək nəticələr əldə edilib.

Qeyd edək ki, Azərbaycan Prezidentinin 9 yanvar 2013-cü il tarixli sərəncamı ilə sağlamlıq imkanları məhdud uşaqlara və sosial təhlükəli vəziyyətdə olan yetkinlik yaşına çatmayanlara sosial xidmət göstərilməsi sahəsində əlavə tədbirlər görülməsi məqsədilə 2013-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan ilkin olaraq 2 milyon manat vəsaitin ayrılması bu sahədə işlərin görülməsi üçün mühüm stimul rolunu oynayır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti