...

Ukrayna Azərbaycanlı Gənclər Birliyinin təşəbbüsü ilə Novruz şənliyi keçirilib

Cəmiyyət Materials 22 Mart 2013 20:21 (UTC +04:00)
Novruz adət-ənənələrinə uyğun olaraq, Ukraynanın paytaxtı Kiyev şəhərində bir araya gələn Ukrayna Azərbaycanlı Gənclər Birliyinin fəalları bayram şənliyinə bu şəhərindəki Heydər Əliyev adına Sosial Elmlər İnstitutunun önündə qalanmış Novruz tonqalının ətrafına toplaşmaqla start veriblər.
Ukrayna Azərbaycanlı Gənclər Birliyinin təşəbbüsü ilə Novruz şənliyi keçirilib

Azərbaycan, Bakı, 22 mart /Trend/

Novruz adət-ənənələrinə uyğun olaraq, Ukraynanın paytaxtı Kiyev şəhərində bir araya gələn Ukrayna Azərbaycanlı Gənclər Birliyinin fəalları bayram şənliyinə bu şəhərindəki Heydər Əliyev adına Sosial Elmlər İnstitutunun önündə qalanmış Novruz tonqalının ətrafına toplaşmaqla start veriblər.

Trend-in məlumatına görə, Novruz adət-ənənələrini qoruyub yaşadan xalqların tarixi kökü dünyanın yaranışından qaynaqlanır.

Novruz bayramının tarixini Ukraynalı həmyaşıdlarına bu fikirlərlə çatdıran Ukrayna Azərbaycanlı Gənclər Birliyinin sədri Anar Tahirov bu füsünkar bayramı minilliklər boyu qoruyub yaşadan Azərbaycan xalqına sülh və əmin-amanlıq, tarixi vətənimizə ruzi və bərəkət arzulayıb.

Qara zurnanın sədaları altında davam edən Novruz şənliyində azərbaycanlı gənclər tonqal üzərindən atlanaraq, Novruzun qədim və zəngin adət əmənələrini nümayiş etdiriblər.

Novruz bayramı Ukrayna Azərbaycanlı Gənclər Birliyinin Dnepropetrovsk, Nikolayev, Odessa, Poltava, Luqansk, Vinnitsa, Xerson və Krım vilayət təşkilatları tərəfindəndə yüksək səviyyədə qeyd olunub.

Sozügedən şəhərlərdə Azərbaycan gənclərinin nümayiş etdirdiyi qədim Novruz adət-ənənələrini, bayram şənliyini seyr edən ukraynalılara xoş və yaddaqalan anlar yaşatdıb.

Xəbər lenti

Xəbər lenti