...

Azərbaycanda yeni VI sinif dərsliklərinin hazırlanması üçün tender elan edilib

Cəmiyyət Materials 29 Mart 2013 11:44 (UTC +04:00)
Azərbaycan Təhsil Nazirliyi VI siniflər üçün yeni dərsliklərin hazırlanması məqsədilə tender elan edib.
Azərbaycanda yeni VI sinif dərsliklərinin hazırlanması üçün tender elan edilib

Azərbaycan, Bakı, 29 mart /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycan Təhsil Nazirliyi VI siniflər üçün yeni dərsliklərin hazırlanması məqsədilə tender elan edib.

Təhsil Nazirliyindən cümə günü Trend-ə verilən məlumata görə, 2013-2014-cü tədris ilinə ümumtəhsil məktəblərinin VI sinifləri üçün kurikulum əsasında dərsliklərin nəşri işlərinin (yazılması, hazırlanması, dizaynı və digər çapaqədərki işlər) satın alınmasına dair açıq tender 21 lot üzrə keçiriləcək. Açıq tender prosedurunda hər bir lot üzrə həm dərslik, həm də müəllim üçün metodik vəsaitlərin nəşr işləri (yazılması, hazırlanması, dizaynı və digər çapaqədərki işlər) nəzərdə tutulsa da, dövlət vəsaiti hesabına satınalma yalnız dərsliklərə şamil edilir. Müəllim üçün metodik vəsaitlərin nəşri və çapının maliyyələşməsi isə nəşriyyat-poliqrafiya müəssisələri tərəfindən həyata keçirilir.

Tenderdə iddiaçı statusu almaq istəyənlər aprelin 19-a kimi tələb olunan sənədləri təqdim etməlidirlər. İddiaçılar məzmun (keyfiyyət) və maliyyə (qiymət) təkliflərinin zərflərini mayın 14-dək Tender Komissiyasına təqdim etməlidirlər. Tender proseduru mayın 15-də keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti