...

Geologiya İnstitutunun elmi nəticələri Avstriya alimlərinin köməyi ilə proqramlaşdırılacaq

Cəmiyyət Materials 11 Aprel 2013 16:36 (UTC +04:00)
Azərbaycan Milli Elmlər Akademiyası Geologiya İnstitutunun elmi nəticələri Avstriya alimlərinin köməyi ilə elektron proqramlaşdırılacaq.
Geologiya İnstitutunun elmi nəticələri Avstriya alimlərinin köməyi ilə proqramlaşdırılacaq

Azərbaycan, Bakı, 11 aprel /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycan Milli Elmlər Akademiyası Geologiya İnstitutunun elmi nəticələri Avstriya alimlərinin köməyi ilə elektron proqramlaşdırılacaq.

İnstitutdan cümə axşamı Trend-ə verilən məlumata görə, AMEA-nın müxbir üzvləri Hətəm Quliyev və Qalib Əfəndiyev Avstriyanın J.Kepler adına Linz Universitetində olarkən informasiya texnologiyaları və proqramlaşdırma sahəsində fəaliyyət göstərən universitetin elmi tədqiqat istiqamətləri, nailiyyətləri ilə yaxından tanış olublar. Universitetin rəhbər heyəti ilə görüşən Azərbaycan alimləri Geologiya İnstitutunun geofizika və neft-qaz quyularının qazılması istiqamətlərində əldə etdiyi elmi nəticələr haqqında geniş məlumat veriiblər. Həmin nəticələr üzrə müasir kompüter proqramlarının hazırlanması imkanları müzakirə edilib.

Müzakirələrdə Avstriya tərəfindən universitetin aparıcı mütəxəssisləri - Bruno Buçberqer, Volfqanq Freiseisen, Friedriç Baldinqer və Daniella Denes-Ramskoqler iştirak ediblər. Tərəflər əməkdaşlıq əlaqələrinin qurulması barədə razılığa gəliblər. Razılaşmaya görə, Linz Universiteti qeyd olunan kompüter proqramlarının tərtibi üçün öz təcrübəsini Geologiya İnstitutu ilə bölüşəcək. Bu işin ilkin mərhələsinin maliyyə xərclərini Avstriya tərəfi öz boynuna götürüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti