...

Qlobal Fond Azərbaycanda vərəmli xəstələrin dərmanla təminatına yardım göstərəcək

Cəmiyyət Materials 1 May 2013 17:24 (UTC +04:00)
İİV, Malyariya və Vərəm üzrə Qlobal Fond Azərbaycanda vərəmə yoluxmuş xəstələrin dərmanla təminatına yardım göstərəcək.
Qlobal Fond Azərbaycanda vərəmli xəstələrin dərmanla təminatına yardım göstərəcək

Azərbaycan, Bakı, 1 may /Trend, müxbir İ.İsabalayeva/

İİV, Malyariya və Vərəm üzrə Qlobal Fond Azərbaycanda vərəmə yoluxmuş xəstələrin dərmanla təminatına yardım göstərəcək.

Səhiyyə Nazirliyinin rəhbərliyi altında fəaliyyət göstərən Səhiyyə Sahəsində Beynəlxalq Layihələr üzrə Ölkə Əlaqələndirmə Komissiyasının sədr müavini Soltan Məmmədov çərşənbə günü Trend-ə deyib ki, fond Azərbaycanda vərəm xəstələri ilə bağlı ikiillik layihənin həyata keçirilməsinə razılıq verib. Layihə beynəlxalq təşkilatların 2010-2011-ci illərdə birgə həyata keçirdikləri vərəm proqramının qiymətləndirilməsinə əsasən təsdiqlənib. Layihə çərçivəsində İİV, Malyariya və Vərəm üzrə Qlobal Fond Səhiyyə Nazirliyi ilə birgə vərəm, eləcə də vərəmin ən mürəkkəb forması olan multi-rezident vərəm xəstələrini dərman vasitələri ilə tam təmin edəcək.

Məmmədov deyib ki, bu gün Azərbaycan İİV, Malyariya və Vərəm üzrə Qlobal Fondun yardımını alan ölkələr arasında multi-rezidentli vərəm xəstələri üçün dərmanları öz büdcəsi hesabına alaraq onları dərmanla təmin edən yeganə ölkədir. Fond da bunu nəzərə alaraq, bu layihəyə öz yardımını göstərməyə razılıq verib.

Qeyd edək ki, Azərbaycan fondla birgə 2006-cı ildən ölkədə vərəmli xəstələrlə bağlı layihə həyata keçirir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti