...

Azərbaycanın cəzaçəkmə müəssisələrindəki tibbi xidmət nümunəvi model kimi qəbul edilib

Cəmiyyət Materials 10 May 2013 12:48 (UTC +04:00)
Beynəlxalq Qırmızı Xaç Komitəsi (BQXK) Ədliyyə Nazirliyinin Baş Tibb İdarəsinə Azərbaycanda Qırğızıstanın penitensiar müəssisələrinin vərəm laboratoriyalarının əməkdaşları üçün təkmilləşmə kursları keçirməyi təklif edib.
Azərbaycanın cəzaçəkmə müəssisələrindəki tibbi xidmət nümunəvi model kimi qəbul edilib

Azərbaycan, Bakı, 10 may /Trend, müxbir İ.İzzət/

Beynəlxalq Qırmızı Xaç Komitəsi (BQXK) Ədliyyə Nazirliyinin Baş Tibb İdarəsinə Azərbaycanda Qırğızıstanın penitensiar müəssisələrinin vərəm laboratoriyalarının əməkdaşları üçün təkmilləşmə kursları keçirməyi təklif edib.

Bunu Trend-ə açıqlamasında Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsinin rəisi, tibb xidməti general-mayoru Rəfail Mehdiyev bildirib.

Onun sözlərinə görə, Azərbaycan tərəfi artıq buna razılıq verib. Ona görə də qırğızıstanlı mütəxəssislərin hazırlığına bu ilin payızında başlanacaq.

İdarə rəisinin fikrincə, Azərbaycanın penitensiar müəssisələrində tibbi xidmət sahəsində əldə edilən uğurlar artıq bir çox ölkələr və beynəlxalq təşkilatlar tərəfindən nümunəvi model kimi qəbul edilir. Qırğızıstanlı mütəxəssislər də bu nümunədən bəhrələnmək niyyətindədirlər.

Mehdiyev bildirib: "Azərbaycanda cəzaçəkmə müəssisələrində olan tibbi-sanitar hissələrin maddi bazası yüksəldilir, müasir avadanlıqlarla təchiz edilir, kadr potensialının səviyyəsi artırılır, yeni kadrlar qəbul edilməsi və müasir müalicə-diaqnostika metodlarının tətbiqi istiqamətində işlər görülür, digər tərəfdən Səhiyyə Nazirliyinin tibb ocaqlarının imkanlarından da istifadə edilərək məhkumlara tibbi yardım göstərilir. Məhz bunların nəticəsidir ki, mütəmadi olaraq cəzaçəkmə müəssisələrində baş verən ölüm hadisələrinin sayı azalır. Bu hal beynəlxalq ictimayyət tərəfindən də çox yüksək qiymətləndirilir. Hətta bir çox ölkələr Azərbaycandakı modeli nümunə olaraq qəbul edir və onu tətbiq etmək istəyirlər".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti