Azərbaycan, Bakı, 21 may /Trend/
Rusiyanın 65 yaşlı məşqçisi Yuri Syomin yaxın günlərdə "Qəbələ" futbol klubuna rəsmən rəhbərlik etməyə başlayacaq.
Trend-in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, uzunmüddətli danışıqlardan sonra razılığını verən Syomin Azərbaycan komandası ilə birillik müqavilə imzalamalıdır.