...

Azərbaycanda “Halal” standartı sertifikatına sahib olmaq istəyən tapılmır

Cəmiyyət Materials 29 May 2013 13:07 (UTC +04:00)

Azərbaycan, Bakı, 29 may /Trend, müxbir M.Əliyev/

Komitəyə "Halal" standart sertifikatına sahib olmaq üçün müraciət edən olmayıb. Trend-in məlumatına görə, bunu çərşənbə günü jurnalistlərə Standartlaşma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənov bildirib.

"Bəlkə də Azərbaycanda halal sertifikatı ilə məhsul istehsal edən müəssisələr mövcuddur. Lakin hələ bizə müraciət daxil olmayıb. Məhsulun üzərinə halal yazılmasına gəlincə, müəssisələr bunun brend kimi qeyd etdiklərini deyirlər, yəni əmtəə nişanı olaraq, məhsulun üzərinə yazırlar".

Həsənov həmçinin deyib ki, Azərbaycanda çörəyin standartlarının müəyyənləşdirilməsi ilə bağlı məsləhətləşmələr aparılır.

O qeyd edib ki, çörəyin standartının müəyyənləşdirilməsi ilə bağlı yaradılan komitəyə aidiyyəti qurumların nümayəndələrinin təmsilçiləri, həmçinin özəl sektordan olan şəxslər cəlb ediliblər: "Bu komitə standartın müəyyənləşdirilməsi ilə bağlı məsləhətləşmələri davam etdirir. Hazırlanan standartlar sonda qəbul olunacaq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti