Azərbaycan, Bakı, 29 may /Trend, müxbir A.Tağıyeva/
İSESKO, BMT-nin Azərbaycandakı nümayəndəliyi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi çərşənbə günü əməkdaşlıq haqqında memorandum imzalayıblar.
Bakıda II Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçirilir. Forumda beynəlxalq təşkilatların rəhbərləri, bir sıra ölkələrin fəaliyyətdə olan və sabiq prezidentləri, dünyanın 100-dən artıq ölkəsindən nazirlər, ekspertlər və s. iştirak edirlər.
Forum çərçivəsində Azərbaycanın Şərqlə Qərbin, müxtəlif mədəniyyətlərin kəsişməsində yerləşməsi nəzərə alınaraq, ilk dəfə Dünya Forumu Nazirlər Konfransı keçiriləcək.