...

IDEA kampaniyası "Ümümdünya ətraf mühit günü"nü qeyd edib (FOTO)

Cəmiyyət Materials 5 İyun 2013 19:05 (UTC +04:00)
IDEA (International Dialogue for Environmental Action) kampaniyası "Ümümdünya ətraf mühit günü" ilə əlaqədar “Azərbaycan ekosistemləri və landşaft müxtəlifliyi" mövzusunda interaktiv seminar təşkil edib.
IDEA kampaniyası "Ümümdünya ətraf mühit günü"nü qeyd edib (FOTO)

Azərbaycan, Bakı, 5 iyun /Trend/

IDEA (International Dialogue for Environmental Action) kampaniyası "Ümümdünya ətraf mühit günü" ilə əlaqədar "Azərbaycan ekosistemləri və landşaft müxtəlifliyi" mövzusunda interaktiv seminar təşkil edib.

Kampaniyadan Trend-ə verilən məlumata görə, ətraf mühitə və onun qorunmasına xüsusi marağı olan tələbələrin və bu sahəni tədris edən müəllimlərin iştirak etdiyi seminar Azərbaycan Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında yerləşən IDEA Resurs Mərkəzində baş tutub.

Tədbirdə ekspert qismində AMEA-nın Zoologiya İnstitutunun İnformasiya və innovasiya şöbəsinin müdiri professor Elman Yusifov iştirak edib.

Tədbir zamanı Azərbaycan landşaftı, fauna və florası, landşaft müxtəlifliyinin yaranma səbəbləri, həmçinin düzən və dağ landşaftlarının bitki və canlı müxtəlifliyi haqqında geniş məlumat verən ekspert qeyd edib ki, Azərbaycan füsunkar təbiətə, zəngin bitki və heyvanat aləminə, çox faydalı təbii sərvətlərə malikdir. Bunların qorunmasında, gələcək nəsillərə ötürülməsində gənclər böyük rola malik olmalıdırlar.

Seminar ekspert tərəfindən söylənilən dəyərli fikirləri və iştirakçıların maraqlı müzakirələrini əhatə etməklə interaktiv şəkildə təşkil olunub. 20-dən çox gəncin iştrak etdiyi seminar landşaft müxtəlifliyi, ətraf mühitin qorunmasının vacibliyi və s. ilə bağlı aparılan maraqlı müzakirələrlə yadda qalıb.

Xatırladaq ki, IDEA kampaniyası 12 iyul 2011-ci il tarixində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva tərəfindən başladılıb və kampaniya ətraf mühitin qorunması üzrə regional və beynəlxalq əməkdaşlıq şəbəkəsi quraraq biomüxtəlifliyin qorunması ilə bağlı insanları maarifləndirmək istiqamətində müxtəlif ekoloji layihələr həyata keçirir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti