...

Azərbaycanda turizm sahəsində Konvensiya Bürosu yaradıldı

Cəmiyyət Materials 10 İyun 2013 18:26 (UTC +04:00)

Azərbaycan, Bakı, 10 iyun /Trend, müxbir M.Əliyev/

Azərbaycanda ilk dəfə turizm sahəsində Konvensiya Bürosu (Azerbaijan Convensional Bureau) yaradılıb.

Trend-in məlumatına görə, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev tədbirdə bildirib ki, Büro həm dövlətin, həm də özəl sektorun vahid siyasətinin həyata keçirilməsinə geniş imkanlar yaradır.

O qeyd edib ki, Azərbaycanda son illər olduqca çox konfrans, beynəlxalq tədbir, yarışlar və beynəlxalq səviyyədə digər tədbirlər keçirilir və onların təşkili, xidmətlərin yüksək səviyyədə təmin edilməsi, müvafiq hotel şəbəkəsinin, infrastrukturun ona hazır olmasından hər zaman narahatlıq keçiririk və dövlət bu işi öz üzərinə götürür:

"Artıq Azərbaycanın turizm sənayesi o səviyyədədir ki, özəl sektor da bu işə çox böyük maraqla yanaşır. Konvensiya Bürosu Azərbaycanda keçiriləcək bütün beynəlxalq tədbirlərin əhatə olunması, infrastruktur, logistika məsələlərini və turizm xidmətlərinin təqdim olunmasını vahid bir siyasət nəticəsində həyata keçirəcək. Azərbaycanda fəaliyyət göstərən bütün beynəlxalq hotel şəbəkələrinin təmsilçiləri Büroda həmtəsisçi qismində çıxış edəcəklər.

Qarayev vurğulayıb ki, ilkin olaraq 7 hotel, 4 turizm şirkəti, bir neçə qurum artıq Büroya qoşulub: "Bu gündən sonra daha çox turizm təşkilatının qatılması gözlənilir, çünki bu, onların marağındadır. Konvensiya Burosuna üzv olan şirkətlər üzvlük haqqı ödəməlidir".

Nazir bildirib ki, dövlət tərəfindən Büroya ilkin olaraq 100 min manata qədər yatırım qoyulacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti