...

Hicran Hüseynova: Məişət zorakılığına məruz qalmış şəxslər üçün sığınacaqların sayı artırılmalıdır

Cəmiyyət Materials 19 İyun 2013 15:46 (UTC +04:00)
“Azərbaycanda məişət zorakılığına məruz qalmış şəxslər və zorakılığı törədən insanlarla aparılan işin keyfiyyətini artırmaq, ilkin müdaxilə etmək üçün sığınacaq mərkəzlərinin sayının artırılması və peşəkar xidmətin yüksəldilməsinə ehtiyac var”.
Hicran Hüseynova: Məişət zorakılığına məruz qalmış şəxslər üçün sığınacaqların sayı artırılmalıdır

Azərbaycan, Bakı, 19 iyun /Trend, müxbir İ.İzzət/

"Azərbaycanda məişət zorakılığına məruz qalmış şəxslər və zorakılığı törədən insanlarla aparılan işin keyfiyyətini artırmaq, ilkin müdaxilə etmək üçün sığınacaq mərkəzlərinin sayının artırılması və peşəkar xidmətin yüksəldilməsinə ehtiyac var".

Trend-in məlumatına görə, bunu "Davamlı inkişaf strategiyalarının yeni mexanizmlərinin insan hüquqlarının müdafizəsində və təbliğində rolu" mövzusunda keçirilən Ombudsmanların XI Bakı Beynəlxalq konfransının ikinci günündə çıxışı zamanı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin (AQUPDK) sədri Hicran Hüseynova deyib.

O, həmçinin qeyd edib ki, ölkədə zorakılıq, təhsildən yayınma və erkən nikah halları üzrə monitor sistemi yaradılacaq: "Aktual məsələlərdən biri də Ailə, Qadın və Uşaq Problemləri üzrə Elmi-Tədqiqat İnstitutunun yaradılmasıdır. Komitədə "İnformasiya və analitik araşdırmalar" şöbəsi fəaliyyət göstərir. Lakin bu sahədə problemləri araşdırmaq üçün Ailə, Qadın və Uşaq Problemləri üzrə Elmi-Tədqiqat İnstitunun yaradılması daha məqsədəuyğundur".

Komitə sədri bildirb ki, Azərbaycanda dövlət tərəfindən ailə institutunun möhkəmləndirilməsi, qadın hüquqlarının müdafiəsi, gender bərabərliyinin təmin edilməsi məqsədilə mühüm tədbirlər görülür və gələcək də davam etdiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti