...

İsa Həbibbəyli: Orta məktəb dərsliklərinin təkmilləşməsinə daim ehtiyac var

Cəmiyyət Materials 25 İyun 2013 13:13 (UTC +04:00)
Zaman, cəmiyyət inkişaf etdikcə, orta məktəb dərsliklərinin təkmilləşməsinə daim ehtiyac duyulur.
İsa Həbibbəyli: Orta məktəb dərsliklərinin təkmilləşməsinə daim ehtiyac var

Azərbaycan, Bakı, 25 iyun /Trend, müxbir İ.İzzət/

Zaman, cəmiyyət inkişaf etdikcə, orta məktəb dərsliklərinin təkmilləşməsinə daim ehtiyac duyulur.

Trend-in xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında AMEA-nın Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli bildirib.

İnstitutun direktoru qeyd edib ki, hazırda Azərbaycanda orta məktəb dərsliklərinin dəyişilməsinə ehtiyac var:

"Təkmilləşdirilərkən köhnə sovet dərsliklərindən qalma bəzi motivlər, ideyalar, hətta bəzi dəyişən rəqəmlər var ki, onlar hələ də dərsliklərdədir. Dərsliklərin içərisində müəlliflərin dünyagörüşündən irəli gələn elmi tədqiqatlarla əlaqədar olaraq yenilənməyə ehtiyac var. Dərsliklər müasir dövrün tələblərinə uyğunlaşdırılmalıdır. Dərsliklər sadələşdirilməlidirlər, çünki onlar çox mürəkkəbdirlər, hətta bəzi dərsliklər ali məktəb səviyyəsindədir."

Onun sözlərinə görə, Azərbaycanda bunu bacara biləcək yetəri sayda müəllif heyəti var. Bu istiqamətdə Təhsil Nazirliyi və Tələbə Qəbulu üzrə Dövlət Komissiyası uyğun iş aparır. Onun fikrincə, bu iş dərsliklərin daha da təkmilləşməsinə, yeniləşməsinə və Azərbaycan məktəbinə uyğunlaşmasına təkan verəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti