...

Azərbaycanın bəzi ərazilərində havanın temperaturu 38 dərəcəyə yüksələcək

Cəmiyyət Materials 27 İyun 2013 12:50 (UTC +04:00)
Sabah Azərbaycanın bəzi ərazilərində havanın temperaturu 38 dərəcəyə yüksələcək.
Azərbaycanın bəzi ərazilərində havanın temperaturu 38 dərəcəyə yüksələcək

Azərbaycan, Bakı, 27 iyun /Trend, müxbir İ.İsabalayeva/

Sabah Azərbaycanın bəzi ərazilərində havanın temperaturu 38 dərəcəyə yüksələcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova Trend-ə bildirib ki, iyunun 28-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz çənub küləyi ilə əvəz olunacaq.

Havanın temperaturunun gecə 18-23, gündüz 29-34 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın əksər rayonlarında iyunun 28-də hava əsasən yağmursuz olacaq. Lakin axşam və gecə bəzi şimal rayonlarında şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək, arabir güclənəcək.

Havanın temperaturu gecə 18-23, gündüz 33-38 dərəcə isti təşkil edəcək.

Dağlarda gecə 10-15, gündüz 22-27 dərəcə isti olacağı gözlənilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti