Azərbaycan, Bakı, 4 iyul /Trend, müxbir E.İsmayılov/
"Gəncə avtomobil zavodu" İstehsalat Birliyinin Müşahidə Şurasının sədri, Milli Məclisin deputatı Xanlar Fətiyev Azərbaycan-Belarus münasibətlərinin inkişafına verdiyi töhfəyə görə Belarus Nazirlər Şurasının fəxri fərmanı ilə mükafatlandırılıb.
Trend-in məlumatına görə, fəxri fərman Bakıda Belarusun Müstəqillik Gününün qeyd edilməsi çərçivəsində təqdim edilib.
Qeyd edək ki, hazırda Gəncə avtomobil zavodunda Minsk traktor zavodunun traktorları və Minsk avtomobil zavodunun avtomobilləri yığılır.