...

Elşad İskəndərov Sumqayıtda vətəndaşları qəbul edib

Cəmiyyət Materials 22 Avqust 2013 20:28 (UTC +04:00)

Azərbaycan, Bakı, 22 avqust /Trend/

Avqustun 22-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Elşad İskəndərov Sumqayıt şəhərində bu bölgədən olan vətəndaşları qəbul edib. Bu barədə Trend-ə Komitədən daxil olan məlumatda deyilir.

Bildirilir ki, Sumqayıt Tarixi Muzeyində keçirilən qəbulda DQİDK-nin sədri Sumqayıt şəhəri, Abşeron və Xızı rayonlarından gəlmiş dindarların, sakinlərin müraciətlərini və təkliflərini dinləmiş, problemləri ilə maraqlanıb. Bu müraciətlər əsasən ibadət yerlərinin tikintisi və bərpası, dini mağazaların fəaliyyəti, həmçinin dini icmaların qeydiyyatı ilə bağlı olub.

DQİDK-nin sədri Elşad İskəndərov təxminən 40-a yaxın vətəndaşın şikayət və təkliflərini dinləyib, müraciətlərin həlli istiqamətində müvafiq tapşırıqlar verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti