...

Xaricdə təhsil alan azərbaycanlı tələbələrə plastik kartlar paylanacaq

Cəmiyyət Materials 30 Avqust 2013 12:29 (UTC +04:00)
Azərbaycanlı gənclərin xaricdə təhsili üzrə dövlət proqramı çərçivəsində xarici ölkələrdə təhsil alan azərbaycanlı gənclərin təhsil xərclərinin verilməsi üçün onlara plastik kartlar paylanacaq. Trend-in məlumatına görə, bunu cümə günü Bakıda ASAİF-in XI Yay Forumunda çıxışı zamanı Azərbaycan təhsil naziri Mikayıl Cabbarov deyib.
Xaricdə təhsil alan azərbaycanlı tələbələrə plastik kartlar paylanacaq

Azərbaycan, Bakı, 30 avqust /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycanlı gənclərin xaricdə təhsili üzrə dövlət proqramı çərçivəsində xarici ölkələrdə təhsil alan azərbaycanlı gənclərin təhsil xərclərinin verilməsi üçün onlara plastik kartlar paylanacaq. Trend-in məlumatına görə, bunu cümə günü Bakıda ASAİF-in XI Yay Forumunda çıxışı zamanı Azərbaycan təhsil naziri Mikayıl Cabbarov deyib.

M.Cabbarov deyib ki, xaricdə təhsil alanların təhsil xərclərinin maliyyələşdirilməsi üçün bəzi islahatlar aparmaq niyyəti var.

Nazir bildirib ki, həmin tələbələrin təhsil xərclərinin maliyyələşdirilməsində bəzi problemlər, bürokratik əngəllər ortaya çıxırdı: "Biz artıq hesab edirik ki, bu problemin çox sadə həlli yolu var. Tələbələr təhsil xərclərini mərkəzləşdirilmiş qaydada alsınlar, plastik kartlarla təmin edilsinlər".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti