...

Xarici ekspertlər qrupu: Azərbaycan tolerantlıq sahəsində dünyaya parlayan ulduzdur

Cəmiyyət Materials 2 Sentyabr 2013 16:28 (UTC +04:00)
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) dəvəti və təşkilatçılığı ilə "Milli Tolerantlıq Mərkəzi" layihəsi çərçivəsində 30 avqustdan başlayaraq dünyanın müxtəlif ölkələrindən mədəniyyətlərarası və dinlərarası dialoq və tolerantlıq barədə müntəzəm araşdırmalar aparan və bu sahədə beynəlxalq rəyin formalaşmasında əhəmiyyətli rol oynayan nüfuzlu beynəlxalq ekspertlərdən ibarət qrup Azərbaycanda səfərdə olub.
Xarici ekspertlər qrupu: Azərbaycan tolerantlıq sahəsində dünyaya parlayan ulduzdur

Azərbaycan, Bakı, 2 sentyabr /Trend, müxbir İ.İzzət

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) dəvəti və təşkilatçılığı ilə "Milli Tolerantlıq Mərkəzi" layihəsi çərçivəsində 30 avqustdan başlayaraq dünyanın müxtəlif ölkələrindən mədəniyyətlərarası və dinlərarası dialoq və tolerantlıq barədə müntəzəm araşdırmalar aparan və bu sahədə beynəlxalq rəyin formalaşmasında əhəmiyyətli rol oynayan nüfuzlu beynəlxalq ekspertlərdən ibarət qrup Azərbaycanda səfərdə olub.

Trend xəbər verir ki, 3 günlük səfərin nəticəsi olaraq ekspertlər qrupunun DQİDK və BMT-nin birgə layihəsi olan "Milli Tolerantlıq Mərkəzi"nin yeni ofisində mətbuat konfransı keçirilib.

DQİDK-nın Beynəlxalq əlaqələr şöbəsinin müdiri Nicat Məmmədli bildirib ki, səfərin əsas məqsədi ölkəmizin tolerantlıq modeli ilə yaxından tanış olmaq, Bakıda və Azərbaycanın regionlarında müxtəlif dinlərin nümayəndələri ilə görüşlər keçirmək, həmçinin Dövlət Komitəsi tərəfindən tərtib edilmiş "Tolerantlığın İpək Yolu marşrutu"nda yer alan və ölkəmizin çoxəsrlik tolerantlıq tarixini əks etdirən tarixi abidələri ziyarət etmək olub.

Şöbə müdirinin sözlərinə görə, ekspertlər "Tolerantlığın İpək Yolu marşrutu" üzrə xüsusi olaraq hazırlanmış avtobusla Qubada Qırmızı qəsəbəni, Şamaxıda Prezident İlham Əliyevin sərəncamı ilə təmir olunmuş Cənubi Qafqazın ilk "Cümə" məscidini, Nicdə yerləşən Qafqaz Albaniyasının qədim kilsəsini, Şəkidə Qafqazın ilk kilsəsi olan Kiş kilsəsini, Oğuzdakı yəhudi sinaqoqlarını və digər abidələri ziyarət ediblər.

"Tolerantlıq marşrutu" üzrə hərəkət edən beynəlxalq ekspertlər qrupuna dünyanın müxtəlif ölkələrindən tanınmış ekspertlər daxildir.

Məşhur israilli publisist Valeri Novoselski müxtəlif məsələləri, o cümlədən dinlərarası məsələləri işıqlandırıb: "Mən Azərbaycandakı tolerantlıq haqqında eşitmiş və oxumuşdum. Lakin mən burada bunu öz gözlərimlə görmək istədim. Qərb ölkələrindəki tanışlıqdan bilirdim ki, müxtəlif dinlərin və millətlərin nümayəndələri birlikdə yaşayırlar. Burada isə gördüm ki, Azərbaycan Avropaya dinlərarası tolerantlıq barədə dərs keçə bilər. Buradakı tolerantlıq o səviyyədədir ki, Avropa ölkələri buradan nümunə götürə bilərlər".

Mərhum Şahzadə Diananın şəxsi katibi olmuş Patrik Cefson Azərbaycanla bağlı məsələləri şəxsi bloqunda və ABC kanalında işıqlandıracaq: "Mən buradan evə gedəndə deyəcəyəm ki, Azərbaycan tolerantlıq sahəsində dünyanı bir mirvarisidir. Azərbaycanda hara getməyimizdən asılı olmayaraq, bu birgə yaşayışı, tolerantlığı gördük. Adamlar nəinki birgə yaşayır, hətta birlikdə Tanrıya ibadət edirlər. Xristian olaraq mənim üçün maraqlı faktlardan biri budur ki, burada Alban-Udin kilsələri gözəl şəkildə qorunub saxlanır. Təkcə kilsələr qorunmur, bu mədəniyyətin davamı olaraq icma da fəaliyyət göstərir".

Avstraliyadan olan Bencamin Mayers Sidney Universitetində teologiya fənnini tədris edir: "Bizim başqalarını öyrənməyimiz və sevməyimiz kifayət qədər yeni bir şeydir. Biz qonşuluğu yeni-yeni öyrənirik. Azərbaycanda bununla bağlı uzun əsrlik bir təcrübə var. Onlar nəinki bir-birilərinə dözür, eyni zamanda sevirlər. Bu mənim üçün qeyri-adi hadisə idi ki, mən bu cür əsl qonşuluğu və mehribanlığı gördüm".

Britaniyalı Conatan Vilson Qrinviç Universitetində beynəlxalq biznes, xüsusən İslam ölkələrində biznes üzrə mühazirə deyir: "Azərbaycanda inanc məsələlərinə xüsusi diqqət yetirilir. Bura gəlməzdən öncə "İpək yolu" mənim üçün yeməklər, təamlar, ticarət idi. İndi bura dini inanclar və müxtəlif mədəniyyətlər də daxildir. Xüsusilə, iki məsələni qeyd etmək istəyirəm. Müxtəlif dini inanclara malik adamların, xüsusilə, yaşlı adamların bir-birinə mehriban münasibəti var. İkincisi, burada tolerantlıq məkanı var. Azərbaycan elə bir unikal yerdir ki, müxtəlif dinlərə mənsub insanlar eyni məkanı paylaşırlar. Azərbaycan əslində mirvari yox, parlayan ulduzdur. Mən istərdim ki, bu ulduz daim parlasın".

İngiltərədən gələn bloqçu Ömər Şahid deyib: "Bu cür tolerantlıq məkanı müasir dünyada çox unikal bir şeydir. Ümid edirəm ki, bu mühit Azərbaycanda uzun müddət yaşayacaq. Britaniyadan fərq ondadır ki, Azərbaycanda müxtəlif dini icmalar çox sıx vəhdət halında yaşayırlar. Dini icmaların rəhbərlərinin də bir-biri ilə çox yaxşı şəxsi əlaqələri var".

Ekspertlər burada gördüklərini öz ölkələrində, müxtəlif media qurumlarında işıqlandıracaqlarını, eləcə də müxtəlif beynəlxalq konfranslarda Azərnbaycanı nümunə gətirəcəklərini bildiriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti