Azərbaycan, Bakı, 16 sentyabr / Trend, müxbir S.Əhmədova /
Almaniyanın Azərbaycandakı səfiri Haydrun Tempel yeni tədris ilinin başlanması münasibətilə Bakıdakı 160 saylı klassik gimnaziyada olub.
Trend-in məlumatına görə, tədbiri giriş sözü ilə açan gimnaziyanın direktoru Faina Ələkbərova uşaqları yeni dərs ili münasibətilə təbrik edib və onlara uğurlar arzulayıb.
Səfir Haydrun Tempel də məktəbliləri təbrik edib. Çıxışında uşaqlarının alman dilini öyrənmələrinə qərar verdikləri üçün valideynlərə minnətdarlığını bildirib. Səfir bu il alman dilini öyrənəcək 2-ci sinif şagirdlərinə sovqatlar təqdim edib.
Tədbirdə Milli Məclisin İqtisadi siyasət komitəsinin sədri, millət vəkili Ziyad Səmədzadə də çıxış edib. Şagirdləri Bilik Günü münasibətilə təbrik edən millət vəkili onlara təhsil ilində uğurlar arzulayıb.