...

Azərbaycan alimləri laya vurulan quru qazın həcmini 2 dəfəyə qədər azalda biliblər

Cəmiyyət Materials 26 Sentyabr 2013 16:36 (UTC +04:00)

Azərbaycan, Bakı, 26 sentyabr /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Geologiya İnstitutunun alimləri laya vurulan quru qazın həcminin 2 dəfəyə qədər azaldılmasına nail olublar.

AMEA Rəyasət Heyəti Mərkəzi Aparatının İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, mütəxəssislər qaz-kondensat yataqlarında lay təzyiqini saxlamaq üçün laya qaz və suyun birgə vurulmasını və yatağın kondensatvermə əmsalının artırılmasının mümkünlüyünü irəli sürüblər.

İnstitutun Qaz-kondensat yataqlarının işlənilməsi şöbəsinin rəhbəri, texnika elmləri doktoru, professor Xasay Feyzullayevin sözlərinə görə, bu prosesin "Şahdəniz" yatağında aparılması mümkün ola bilər.

Bu gün mövzuya dair Geologiya İnstitutunda seminar keçirilib. Tədbirdə X.Feyzullayev qeyd edib ki, qaz-kondensat yataqlarında quyu dibi zonanın maksimal kondensasiya təzyiqindən aşağı təzyiqlərdə quru qazla işlənilməsi üsulu daha səmərəlidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti