Azərbaycan, Bakı 28 oktyabr /Trend/
28-29 oktyabr 2013-cü il tarixlərində Sabunçu rayonu Bakıxanov qəsəbəsinin Nazim İsmayılov, Habil Balakişiyev, Zabrat və Pirməmməd küçələrinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq. Bu barədə Trend-ə bazar ertəsi "Azərsu" ASC-nin mətbuat xidmətindən daxil olan məlumatda deyilir.
Məlumatda bildirilir ki, buna səbəb Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsində istismar dövrünü başa vurmuş magistral su xətti yenisi ilə əvəz olunmasıdır. Hazırda mövcud şəbəkənin yeni çəkilmiş magistral su xəttinə qoşulması işləri aparılır.
Yaranmış narahatlıqla əlaqədar "Azərsu" ASC abonentlərdən üzr istəyir.