...

Azərbaycan sahibkarları Hindistanda kitab yarmarkasında iştiraka dəvət olunur

Cəmiyyət Materials 29 Oktyabr 2013 15:26 (UTC +04:00)
15-23 fevral 2014-cü il tarixlərində Hindistanın Nyu Dehli şəhərində "Nyu Deli Dünya Kitab Yarmarkası 2014" təşkil olunacaq.
Azərbaycan sahibkarları Hindistanda kitab yarmarkasında iştiraka dəvət olunur

Azərbaycan, Bakı, 29 oktyabr /Trend, müxbir E.Əliyev/

15-23 fevral 2014-cü il tarixlərində Hindistanın Nyu Dehli şəhərində "Nyu Deli Dünya Kitab Yarmarkası 2014" təşkil olunacaq.

Trend Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fonduna (AzPromo) istinadən məlumat verir ki, Azərbaycanda fəaliyyət göstərən sahibkarlar və işgüzar dairələr tədbirdə iştiraka dəvət olunur.

Hindistan Ticarət Nazirliyi yanında İxracatın Təşviqi Təşkilatının (ITPO) dəstəyi ilə təşkil edilən yarmarka ən iri profil təbdirlərdən biridir.

Yarmarka haqqında daha ətraflı məlumat üçün Hindistanın Azərbaycandakı səfirliyinə müraciət etmək olar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti